Tovuzda qəbiristanlıqda yanğın oldu

media-hightechnic-468x90

Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində yanğın qeydə alınıb.

Yenicag.az xəbər verir ki, yanğın kənd qəbiristanlığının ərazisində təxminən 2 hektardan çox sahəni əhatə edib. Kənd evləri qəbiristanlığa yaxın olduğundan alovun evlərə keçməsinin qarşısını almaq üçün hadisə yerinə Tovuz yanğından mühafizə hissəsinin 4 yanğın söndürmə maşını və canlı qüvvəsi cəlb olunub. Əraziyə təcili tibbi yardım briqadası da gəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınaraq tam söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600