Tovuzda zəncirvari qəza: 6 nəfər yaralandı – ADLARI

Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Belə ki, “VAZ 21 06” və “VAZ 21 07” markalı minik avtomobilləri “TIR” markalı yük avtomobili ilə toqquşub.

İnsident nəticəsində 6 nəfər xəsarət alıb.

Hadisə nəticəsində xəsarət alan, rayonun Alakol kənd sakinləri – 1988-ci il təvəllüdlü Musayev Elvin İlqar oğlu, 1984-cü il təvəllüdlü Rüstəmova Sevinc İlqar qızı, 1957-ci il təvəllüdlü Tağıyeva Şamama Kərəm qızı, 1959-cu il təvəllüdlü Rzayeva Yelena Məcid qızı və 2002-ci il təvəllüdlü Rüstəmova Aylin Adil qızı müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.