!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Toy mafiyası” koronavirus təhlükəsindən daha güclüdür? - “Dezinfeksiya işləri yoluxma riskini azaltmır”

!Reklam – Yazi

“Ölkədə fəaliyyət göstərən şadlıq sarayları və mərasim evlərinin fəaliyyəti müvəqqəti dayandırılmalıdır”.

Azərbaycanda bir neçə şəxsin koronavirusa yoluxmasından sonra orta və ali məktəblərdə dərslərin dayandırılması, eyni zamanda, bir sıra kütləvi tədbirlərin təxirə salınması fonunda şadlıq saraylarının, o cümlədən, mərasim evlərinin fəaliyyətlərini davam etdirməsi birmənalı qarşılanmır.

Bu barədə Yenicag.az-a danışan tibb eksperti Rasif Bağırov hesab edir ki, şadlıq sarayları və mərasim evləri havalar istiləşənə qədər öz fəaliyyətlərinə ara verməlidirlər.

Ekspertin fikrincə, həmin məkanların dezinfeksiya edilməsi də insanların orada virusa yoluxmaq riskini azaltmır:

“Şadlıq sarayları koronavirus təhlükəsi ilə əlaqədar dezinfeksiya işləri həyata keçirdiklərini bildirsələr də, bu addım yetərli deyil.

Ümumiyyətlə, şadlıq sarayları və ya mərasim evlərindəki tədbirlərə insanlar müxtəlif yerlərdən gəldikləri üçün onların virus daşıyıcısı olub-olmadıqlarını müəyyənləşdirmək imkan xaricindədir.

Binanı dezinfeksiya etmək heç də viruslu vətəndaşın infeksiyanı yaymaq riskinin qarşısını almır. Şadlıq sarayları və mərasim evlərində aparılan profilaktik tədbirlər yetərli sayıla bilməz”.

Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın adını açıqlamayan əməkdaşı isə məsələ ilə bağlı saytımıza bildirib ki, şadlıq sarayları və mərasim evlərinin fəaliyyət göstərib-göstərməməsi məkan sahibinin şəxsi qərarından asılıdır:

“Şadlıq sarayları və mərasim evləri biznes obyektləridir. İşçilərin aylıq məvacibini nəzərə alsaq, bu qurumların fəaliyyətini dayandırmaq çox çətindir. Digər tərəfdən, toy sahiblərini də düşünmək lazımdır. O insanlar il və ya aylarla toya hazırlaşırlar, vaxt təyin edirlər və bu baxımdan, toyları təxirə salmaq onların hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər.

Bütün hallarda özəl və dövlət qurumlarına gigiyenik qaydalara maksimum dərəcədə əməl etmək tapşırılıb. Hazırda əksər şadlıq saraylarında girişdə əlləri dezinfeksiya etmək üçün spirt qoyulub”.

Gülşən Şərif

COP29

www.yenicag.az

2283
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv