Toy və yas yerlərində israfçılığa son qoyulsun-İlahiyyatçı alim

media-hightechnic-468x90

1424417502ekremBu gün cəmiyyətimizdə müzakirə mövusuna çevrilən məsələlərdən biri toy və yaslarda həddən artıq israfçılığa yol verilməsidir. İstər orta, istərsə də imkanlı təbəqənin insanları çalışır ki, daha təmtəraqlı, daha dəbdəbəli mərasim təşkil etsin. Bəzən bu sahədə  vətəndaşlarımız sanki “yarışmaya” çıxır.  Belə olan halda toy və yas mərasimləri artıq öz aspektindən çıxarır.

AMEA-nın İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov məsələ belə yanaşdı: “Bu gün cəmiyyətimizdə “hamı özü üçün” prinsipi ilə yaşayırlar. Belə ki, müxtəlif toy və yas mərasimlərində insanların gözünün önündə müxtəlif yemək növləri sərgilənir. Biz bilirik ki, bəzi insanlar bunu dərk edirlər ki, sərgilədikləri bu nemətlərdən digər insanlar məhrumdurlar. Çünki, uca Allah hamıya eyni neməti eyni çoxluqda vermir. Birinə çox nemət verir ki, az neməti olanla bölüşsün. Həmçinin az neməti olan quluna da imtahan üçün az nemət verərək onun dözümlü, yoxsa Allaha qarşı asilik edən biri olacağını yoxlamaq üçün azaldır. Bütün nemətlər hamısı belədir. Bu barədə Quran ayələri də vardır. Allah təala bu ayələrdə bildirir ki, biz sizə çox nemətlər verməklə və az nemət verməklə bir birinizlə imtahana çəkirik.

Toy mərasimlərinə daha çox kasıblar dəvət olunmalı olduğu halda bu gün görürük ki, toy mərasimlərinə də ancaq qazanc sağlamaq məqsədi ilə bəzi şəxslər ancaq varlı, imkanlı adamları dəvət edirlər. Bu da dinimizcə bəyənilmir. Toy mərasimlərində yemək çeşidlərində israfçılığa çox yol verilməməlidir. Müasir dövrümüzdə bəzi insanlar sanki adət-ənənələri görməzlikdən gəlirlər, ya özlərini göstərmək üçün belə edirlər, ya dinə daha çox həris olduqlarını reklam etmək istəyərək belə edirlər, ya da dini məsələlərdə olduğu kimi və yetəri qədər məlumatsızdırlar. Buna baxmayaraq çox sevindiricidir ki, müasir media elmi din adamlarından istifadə edərək cəmiyyəti narahat edən aktual mövzular açırlar. Bu gün bir çox dindarlarla cəmiyyəti qarşı-qarşıya qoyan məsələlərdən biri də toyların dini toy adı altında həyata keçirilməsidir. Əlbəttə Allah təala Qurani Kərimdə evlənməyi subaylara əmr etmiş, Allah Rəsulu (s.ə.s) dövrünə uyğun olaraq bunun qaydalarını və sərhədlərini müəyyən etmişdir. Bu gün şəriəti yaşayan müsəlmanlar digər məsələlərdə olduğu kimi toy-düyün məsələlərində də çox böyük yanlışlara yol verirlər. Xüsusi ilə bu gün bəzi özlərinə “həci”, “məşədi” deyən və digər insanlardan onları belə adlandırmağa çalışan özünü dindar göstərənlər vardır ki, onlar bizim milli adət-ənənlərimizdən və dinimizdən olan toyu öz baxışlarına uyğun edərək insanların ikrahına səbəb olurlar. Kənardan baxanlar da elə bilirlər ki, din bu “həci”nin, “məşədi”nin başa düşdüyü kimidir və onun toy etdiyi kimi müsəlmanlar toy etməlidirlər. Bu “həci”lər, “məşədi”lər öz övladlarına toy edəndə məsələn Allahın haram etdiyi, kefi açan “şərabı” məclisə qoymurlar ki, bunu içmək haramdır. Amma digər başqa böyük haramları öz toylarında adiləşdirirlər. İslam dininə görə əlbəttə evlənən cütlüklərin bəyan olunması mənbələrdə bildirilib və Allahın Rəsulu (s.ə.s) buyurub ki, evliliyi elan etmək üçün düyün ziyafəti verin. Hətta bəzi hədislərdə düyün ziyafəti zamanı qadınların da öz aralarında oynamasına icazə verilib. Hətta toy-düyün sevincli bir iş olduğu üçün sevinci ifadə edən halal və gözəl nemətlərdən istifadə edilməyə də icazə verilib. Bu dini baxımdan icazəlidir. Burada əsas odur ki, dinin qadağan etdiyi haramlara yol verilməsin. Bu haramlardan biri də toylarda həddən artıq israfçılığın olmasıdır. Yas məclislərində də belə israfçılıqlar çoxdur.

Bildiyiniz kimi son günlərdə həm Milli Məclisdə, həm də digər kütləvi yığıncaqlarda bizim adətlərimizdən olan yas mərasimlərinin və toy mərasimlərinin necə keçirilməsi haqqında kifayət qədər müzakirələr getdi. Yas məclislərində israfçılığın qarşısının alınması üçün DQDK və QMİ-nin nəzarətində olan bəzi imam və axundlar öz rayonlarında bu adətin doğru olmadığını açıqladılar. Hətta bir çox rayonlarda yas yerlərində olanda müşahidə etdik ki, molla və axundlar savadlı olduqda, öz şəxsi mənafelərini güdmədikdə insanlara dinin doğru formasını təqdim edərək bu adətlərin öz regionlarında sadələşdirilməsinə nail oldular. Bununla əhali arasında doğrudanda israfçılığın qarşısının alınması, yas yerlərində yeyib-içmək məclislərinin verilməsi məsələsi gündəmə düşdü. Bunun təbii nəticəsi olaraq söhbət aidiyyatlı dövlət qurumlarına, Milli Məclisə qədər çatdı. Bütün qurumlar və onlara cavabdeh olan şəxslər bu adətin doğru olmadığı üçün əhalinin maariflənməsinə ehtiyac olduğunu dedilər. Necə oldusa artıq bütün qurumlar bununla bağlı müzakirələr apardıqdan sonra, icra sturukturları gəlib yas yerlərindən ehsanı yığışdırıb yetim evlərinə apardılar. Əhalida artıq oyanış başlandı. Bir müddət, yas yerləri oldu və ehsanlar verilmədi. Ehsan verilsə də israf olmadan, çay və halva ilə məclislər yola salındı. Bir müddətdən sonra xəbərlər çıxdı ki, QMİ yas məclislərində ehsan verir. Orada imkanlı şəxslər öz hesablarına kifayət qədər yeməklər bişirir. Bundan sonra QMİ sədrinin açıqlaması oldu və çox hörmətli Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şeyxi Hacı Allahşükür Paşazadə açıqlamasında ehsan sözünün mənasını açıqladı, bunun təkcə yeməkdən ibarət olmadığını bildirdi, açıqlamasında bildirdi ki, heç kim Allah üçün ehsan verənlərə heç bir qadağan qoya bilməz. Bundan ilham alan vətəndaşlar digər qurumların islahat aparması işinə əhəmiyyət verməyərək iddia etdilər ki, əgər QMİ-nin yas mərasimi keçirilən yerdə ehsan verilirsə onda biz niyə öz ölənlərimiz üçün ehsan verməyək. DQDK sədri də bu məsələ ilə bağlı QMİ-nin sədrinin dediklərini təsdiq etdi. Bununla da yas məclislərinin necə keçirilməsi məsələsini hərənin öz öhdəsinə buraxdılar. İslam dininə görə bir şəxs vəfat etdikdən sonra onun üçün dua etmək, ailəsinə başsağlığı vermək icazəli hesab olunur.

Amma bu gün bizim məmləkətimizdə bu İslam adətini örfə uyğun çətinləşdiriblər. Belə ki, hələ cənazə ortada olduğu vaxtdan ölü sahibləri cənazə haqqında düşünmək, qayğılanmaq əvəzinə, məclisin necə təşkil olunması haqqında, məclisə hansı növ ərzaqların alınması problemlərini düşünməyə başlayırlar. Çox hallarda borca, xərcə girib başsağlığı üçün gələn qonaqların narazı getməməsi üçün kifayət qədər xərc çəkməli olurlar. Halbuki bir neçə ay bundan əvvəl icra sturukturları bunu qəti qadağan etmişdilər. Hətta müəyyən yerlərdə belə ehsanda israfçılıq edənlərin cərimələnməsi xəbərlərini də oxuyurduq. Necə oldusa QMİ sədrinin “heç kim ehsan verənə qadağan qoya bilməz” sözündən sonra indi yenidən ehsan məclislərində israfçılıq başlandı. Biz hamımız bilirik ki, buna artıq cəmiyyətdə ikili yanaşma vardır. Bəziləri məclislərdə ehsan verməyi adət-ənənədən çıxarmağa yaxşı baxmır, deyirlər ki, onsuzda dindən qalanımız elə o ehsan məclisləri olub. Çünki, biz ancaq həmin məclislərdə görüşürük, aylarla, illərlə görüşə bilmədiyimiz qohum-əqrəbalarımızla görüşürük, oturub çay içir, çörək yeyir, dərdləşirik. Bəziləri isə bunu yaxşı qarşılamayaraq dində bu cür israfçılığın icazəli olmadığını deyərək belə israfçılıqdan uzaq qalınmasını daha doğru hesab edirlər. Bildirirlər ki, Islama görə daima qohumlarla üsniyyətdə olmaq, zəngləşmək, görüşmək, ziyarətləşmək bizə bildirilmişdir. İndi isə əlbəttə biz dinimizi öyrənib daha yaxşı ona əməl etməliyik. Tarixdə də baxanda görürük və bilirik ki, bu ölənlər üçün yeyib-içmək məsələsi həm türk xalqlarının adətlərində var, həm də fars diyarından da bir az təsirlər bizə keçibdir. Bütün bunlara baxmayaraq bu sahədə olan boşluğu doldurmaq, Milli Məclisdə bu məsələni yenidən müzakirəyə çıxararaq konkret qərar qəbul etmək lazımdır. Belə olmasa yenə də hamı bir-birinə baxıb israfçılığı səhmana sala bilməyəcəklər. Biz dinimizə riayət etsək daha yaxşı olar. Həmin Islam dinimiz ki, orada ölü üçün yeyib-içmək məclisləri təşkil etmək qadağandır. Ancaq bizdə qonaqpərvərlik, qonağa hörmət olduğu üçün qapımıza başsağlığına gələn qonaqlarımıza hörmət əlaməti olaraq yemək verir, çay verir, onun bizdən razı qalmasını istəyirik. Ancaq bütün bunlar bizim örfümüzdə və adətimizdə müsbət olsa da, dinimizdə israfçılıq sayılır. Nəticədə bu qənaətə gəlmək olar ki, bizim toy və yas mərasimlərimizdə israfçılığın qarşısının alınması üçün hər birimiz özümüz özümüzü yükl’mənin yaxşı nəticə vermədiyini düşünməliyik”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600