Toyda qonaqlar rəqs üstündə dalaşdılar: Yaralanan var - TƏFƏRRÜAT

media-hightechnic-468x90

Qazaxda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

Yenicag.az xəbər verir ki, hadisə Qazax şəhərinin Azadlıq küçəsində keçirilən toy məclisində qeydə alınıb. Burada qonaqlar arasında mübahisə baş verib.

Belə ki, 25 yaşlı Elmar Elşən oğlu Rəfiyev və 20 yaşlı Əli Məmmədov arasında mahnı sifarişi üstündə mübahisə yaranıb.

Mübahisə getdikcə böyüyüb və nəticədə E.Rəfiyev qarnından bıçaqlanıb.

Faktla bağlı polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törədən Ə.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600