Qaxda 26 yaşlı oğlan toyuna 6 gün qalmış özünü sirkə turşusu ilə zəhərləyib.
Yenicag.az xəbər verir ki, bu gün saat 17 radələrində rayonun Almalı kənd sakini, 1991-ci il təvəllüdlü Nofəl Məzahir oğlu Yusifov kəskin zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
MRX-dan verilən məlumata görə, həkim müayinəsi zamanı məlum olub ki, 26 yaşlı Nofəl Yusifov hələ ki, bilinməyən səbəbdən bilərəkdən sirkə turşusu qəbul edib. Nofəl Yusifova xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün axşam saat 19:30 radələrində Respublika Toksikologiya Mərkəzinə göndərilib.
Məlumatda o da bildirilir ki, Nofəl Yusifov nişanlı olub, oktyabrın 1-də qız toyu olub, ayın 8-də isə Nofəlin öz toyu olacaqdı.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
www.yenicag.az