Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Akademik Həsən Əliyev 17-də yerləşən binası sökülüb.
Söküntü işləri aparılan yerdə yeni bina tikiləcək. Həmin bina tikildikdən sonraTQDK-nın istifadəsinə veriləcək.
Qeyd edək ki, TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır. Yeni bina tikilənə qədər isə TQDK Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək.
Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.
Sökülmüş binanın fotolarını təqdim edirik:(aznews).
www.yenicag.az