“TQDK-nın ləğvini alqışlayıram” – Sabiq təhsil naziri

media-hightechnic-468x90

firiduncelilov“Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasının ləğv edilməsini alqışlayıram”.

Bunu AzNews.az-a açıqlamasında sabiq Təhsil naziri Firuddin Cəlilov deyib. Onun sözlərinə görə, qurumun ləğvi islahatlarla əlaqəlidir: “Mən bu addımı alqışlayıram. Əsas məsələ islahatların aparılmasıdır. 20 il bundan əvvəl dediklərim indi həyata keçir. Bu, müsbət haldır”.

F.Cəlilov onu da əlavə edib ki, Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasının vəzifəsini icra edəcək qurumun işi təkcə qəbulla bitməməlidir: “Qurumun başqa işləri də olmalıdır. Müxtəlif idarələrdən sifariş qəbul eləməlidir”.

Sabiq təhsil naziri yeni qurumun Direktorlar Şurası tərəfindən kollektiv idarə olunmalı olduğunu düşünür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600