“Trabzonspor” baş məşqçisi ilə yolları ayırdı

media-hightechnic-468x90

Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Nenad Byelitsa ilə yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, xorvatiyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Qara dəniz klubu 52 yaşlı məşqçiyə mövsümün sonuna qədər nəzərdə tutulan əməkhaqqını ödəməli olacaq.
Qeyd edək ki, Byelitsa apreldə “Trabzonspor”un baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada yeddi turdan sonra 12 xalla yeddincidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600