!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Aİ-ni OYUNDAN QOVUR: “Təcavüzkara “təcavüzkar” demir, ruspərəst siyasət yürüdür”

!Reklam – Yazi

“Trampı tənzimləmə prosesindən vurub çıxaracaqlar və Avropa, Ukrayna və Rusiya bu prosesdə olacaqlar”.

Bu fikri Rusiya-ABŞ nümayəndə heyətinin görüşündən sonra Avropa İttifaqı ilə Ukraynanın ABŞ-ni ittiham etməsini Yenicag.az-da dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynanı satıb:

“ABŞ nəinki Ukraynanı satdı, hətta beynəlxalq prinsiplərə xəyanət etdi. Amerika xalqının intellektual səviyyəsi bu qədər imiş ki, Tramp kimi adama səs verdilər? Təcavüzkara “təcavüzkar” demir, ruspərəst siyasət yürüdür, Ukrayna prezidentini ələ salırlar. Ona görə də Trampdan tənzimləyici olmaz. Trampı tənzimləmə prosesindən vurub çıxaracaqlar və Avropa, Ukrayna və Rusiya bu prosesdə olacaqlar. Tənzimləmə prosesi baş tutmaya da bilər. Bu zaman isə müharibə davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

143
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv