Tramp HƏMAS-a sonuncu dəfə xəbərdarlıq etdi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp atəşkəslə bağlı təklifinin İsrail tərəfindən qəbul edildiyini açıqlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, eyni şərtləri HƏMAS-ın da qəbul etməsi lazımdır:

“Qəbul etməməyin nəticələri ilə bağlı HƏMAS-a xəbərdarlıq etmişəm. Bu mənim son xəbərdarlığımdır, başqa xəbərdarlıq olmayacaq!”

Qeyd edək ki, daha əvvəl “Axios” portalının jurnalisti Barak Ravid Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən yeni təklif təqdim etdiyini bildirmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05