!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp HƏRƏKƏTƏ KEÇDİ: USAID-in ləğvi niyə VACİBDİR?

!Reklam – Yazi

“ABŞ dövlət maliyyəsinin yersiz mənimsənilməsinə qarşı olmalı və milli maraqlarını ifadə etməyən USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) kimi təşkilatların fəaliyyətinə yenidən baxmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında USAID-in ləğv olunmasının Azərbaycan və digər ölkələrə təsirindən danışan Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, USAID təşkilatının bağlanması ilə bağlı qərar çox müsbət addımdır.

“USAID, ilk növbədə, ABŞ-nin maraqlarını ifadə etmirdi, yalnız çirkin məqsədlər üçün pulların yuyulması ilə məşğul olurdu. Belə ki, saxta tədbirlər, seminarlar və konfranslar keçirmək adı ilə on milyonlarla dollar vəsait silinirdi. Həm də USAID təşkilatı demokratiyaya və inkişafa dəstək adı altında fəaliyyət göstərsə də, bir çox ölkələrdə sabitliyi pozmaqla milli dövlətlərin məhv olunmasına çalışırdı. Azərbaycan USAID-in fəaliyyətinə qadağa qoymaqla dövlətimizi təhlükələrdən qoruya bildi”.

Millət vəkili əlavə edib ki, keçən ilin sonunda Prezident İlham Əliyevin Dimitri Kiselyova verdiyi müsahibədə də Tramp USAID-i qadağan edə bilər kimi açıqlama vermişdi:

“Dövlət başçımızın ifadə etdiyi hər bir sözün real həyatda əks olunmasının dəfələrlə şahidi olmuşuq. Onun uzaqgörən siyasəti Azərbaycanı qalib dövlət edərək dünyada sözünün çəkisi olan dövlətə çevirib. Amma hansı ölkələrdə dövlətin lideri vaxtında addım atmadısa, o ölkələrdə “məxməri inqilablar” baş verdi. Uzun illər qoruduqları milli dəyərlər məhv olundu”.

“Məsələn, Ukraynada, Misirdə və digər ölkələrdə baş tutan məxməri inqilabların müəllifi məhz USAID olmuşdur. USAID Cənubi Qafqaz regionu ilə bağlı özünün çirkin əməllərini həyata keçirməkdə davam edirdi. Belə ki, Ermənistana inkişafa dəstək adı altında verilən maliyyəni iki dəfə artıraraq 250 milyon dollara çatdırmışdı ki, bu vəsaitlər də silahlanma üçün nəzərdə tutulub. Ermənistanı yenidən silahlandırmaqla regionda yenidən münaqişəni alovlandırmaq USAID-in hazırladığı planın tərkib hissəsi idi”, – deyə o, söyləyib.

A. Badamovun fikrincə, USAID həm də Gürcüstanda gəncləri maliyyələşdirməklə uzun müddətdir ki, etiraz aksiyaların davam etməsinə dəstək verirdi:

“Təbii ki, dövlətlərin daxili işlərinə qarışması məqbul deyil. Eyni zamanda, USAID-in çirkin planlarının əsasında çirkli pulları yumaq və dövlətləri daxildən dağıtmaqdan ibarətdir. Trampın USAID-lə bağlı qərarı bütün dünya ictimaiyyəti tərəfindən alqışlanmalıdır. ABŞ də dövlət maliyyəsinin yersiz mənimsənilməsinə qarşı olmalı və milli maraqlarını ifadə etməyən USAID kimi təşkilatların fəaliyyətinə yenidən baxmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

100
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv