Tramp: "İsrail və "Hizbullah" atəşkəs barədə razılığa gəldi"

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və radikal “Hizbullah” hərəkatı hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində bildirib.

“İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox məhsuldar danışığım oldu. Heç bir (İsrail – red.) qoşun Beyruta getməyəcək, geri dönəcəklər”, -Tramp yazıb. Onun sözlərinə görə, yüksək vəzifəli nümayəndələr vasitəsilə atəşkəsə razılıq verən “Hizbullah”la da danışıqlar aparıb.

“İsrail onlara hücum etməyəcək, onlar İsrailə hücum etməyəcəklər”, – ABŞ Prezidenti qeyd edib.

Daha əvvəl, “Axios” Livan parlamenti sədrinin müşaviri Əli Həmdana istinadən “Hizbullah”ın İsraillə dərhal və tam atəşkəsə hazır olduğunu bildirib. İsrail hökumətinin sözçüsü öz növbəsində hərəkatın İsrail qoşunlarının Livanın cənubundan dərhal çıxarılması olmadan atəşkəsə hazır olduğunu təsdiqləyib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05