!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp məhbusların “Quantanamo” həbsxanasından köçürülməsinə qarşı çıxıb

!Reklam – Yazi

img2251661ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, “Quantanamo” həbsxanasında saxlanılan “çox təhlükəli” məhbusların azadlığa buraxılması praktikasına son qoyulmalıdır.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, Tramp bu barədə “Twitter” hesabında bildirib.

“Quantanamodan köçürmələrə son qoyulmalıdır. Onlar çox təhlükəli insanlardır, onların döyüş meydanına qayıtmasına imkan verilməməlidir”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, “Quantanamo” həbsxanasının bağlanılması hazırkı prezident Barak Obamanın seçkiqabağı əsas vədlərindən biri olub. Lakin, Konqresin etirazları səbəbindən “Quantanamo”nu bağlamaq mümkün olmayıb. Buna baxmayaraq, orada saxlanılan məhbusların sayı 242 nəfərdən 59-a endirilib.

Yeniçağ.Az

COP29

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv