Tramp Obama və Corc Buşun portlerinin yığışdırılmasını ƏMR ETDİ – FOTO

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp keçmiş prezidentlər Barak Obama, ata və oğul Corc Buşların portretlərinin Ağ Evdə ziyarətçilərin daxil ola bilmədiyi hissəyə köçürülməsini əmr edib.

Yenicag.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, 44-cü prezident Obamanın portreti əvvəlcə Ağ Evə girişin yaxınlığında yerləşdirilsə də, indi yalnız prezident ailəsi üzvləri, ABŞ Gizli Xidmət əməkdaşları və məhdud sayda digər işçilərin daxil olduğu, ziyarətçilərə qapalı olan böyük pilləkənin yuxarısına köçürülüb. Corc Buşların portretləri də həmin hissəyə daşınıb.

Agentlik bildirir ki, bu addım Tramp ilə Obama arasında illərdir davam edən gərginliyi nümayiş etdirir. Bundan başqa, Tramp ilə Buş ailəsi arasında da köklü fikir ayrılıqları mövcuddur. Məsələn, oğul Corc Buş və həyat yoldaşı bu il Trampın andiçmə mərasimində iştirak etsələr də, sonrakı tədbirlərdə iştirak etməyiblər.

CNN-in mənbələri Trampın Ağ Evdə edilən bütün daxili dəyişiklikləri özü şəxsən nəzarətdə saxladığını bildirirlər.

Qeyd edək ki, Ağ Ev qaydalarına əsasən, keçmiş prezidentlərin portretləri ziyarətçilərin asanlıqla görə biləcəyi yerlərdə – əsas girişə yaxın ərazilərdə yerləşdirilməlidir. Lakin Trampın göstərişi ilə onlar məhz ziyarətçilərin daxil ola bilmədiyi məxfi hissəyə köçürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa