Tramp tarifləri Ali Məhkəməyə DAŞIDI: ABŞ-də rüsum böhranı DƏRİNLƏŞİR

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampın administrasiyası Federal Apellyasiya Məhkəməsinin tətbiq edilən tariflərin böyük əksəriyyətini qanunsuz hesab etməsindən sonra məsələni Ali Məhkəməyə daşıyaraq qərarın sürətlə ləğv olunmasını tələb edib.

Yenicag.az xəbər verir ki, administrasiya Ali Məhkəmədən ABŞ Prezidentinin federal qanunlara əsasən, genişmiqyaslı idxal rüsumları tətbiq etmək səlahiyyətinə malik olduğunu təsdiqləməsini və Trampın tariflərinin fövqəladə səlahiyyətlər qanunundan qanunsuz istifadə sayıldığına hökm verən apellyasiya qərarını pozmasını istəyib.

Donald Tramp da əvvəlcədən bu müraciətin ediləcəyini açıqlayaraq belə demişdi:

“Əgər gömrük rüsumlarını ləğv etsəniz, üçüncü dünya ölkəsinə çevrilə bilərik. Ona görə də biz sürətli qərar istəyirik.”

Nyu-Yorkdakı ABŞ Beynəlxalq Ticarət Məhkəməsi may ayında Trampın digər ölkələrə tətbiq etdiyi tariflərdə qanuni səlahiyyətlərini aşdığına qərar vermiş və bu rüsumların icrasını dayandırmışdı. Qərarda Konstitusiyanın ticarəti tənzimləmə və vergi tətbiqetmə səlahiyyətini yalnız Konqresə verdiyi vurğulanmışdı. ABŞ administrasiyası bu qərardan şikayət etmiş, apellyasiya prosesi zamanı qərarın icrası müvəqqəti olaraq dayandırılmışdı.

Keçən həftə isə ABŞ Federal Apellyasiya Məhkəməsi Trampın qlobal gömrük tariflərinin əksəriyyətini qanunsuz elan etdi. Lakin məhkəmə bu qərarın tarifləri dərhal ləğv edən hissəsini rədd edərək, mümkün apellyasiya prosesini nəzərə alaraq, gömrük rüsumlarının 14 oktyabra qədər qüvvədə qalmasına icazə verdi.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa