Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Tramp Ukrayna savaşını alovlandırır: “ABŞ Rusiyanı öz silahı ilə vuracaq” – Türkiyəli politoloq

“Ukrayna Suriyanın İdlib bölgəsində həyata keçirilən əməliyyatdan presedent kimi yararlana bilər”.

Yenicag.az-a xəbər verir ki, bu fikirləri Rusiya və Bəşər Əsəd qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdikləri əməliyyatın Ukrayna böhranına mümkün təsirini şərh edən Türkiyəli politoloq Salih Yılmaz deyib.

Salih Yılmaz hesab edir ki, Rusiyanın Suriyada istinad etdiyi arqumentlər Ukraynada Moskvanın əleyhinə çevriləcək:

“Donbas münaqişəsinin həllinə yönəlik Minsk prosesinin dalana dirəndiyi göz qabağındadır. ABŞ və Rusiya arasında münasibətlərin ifrat dərəcədə gərginləşdiyi şəraitdə Aleksandr Zaxarçenkonun qətli diqqəti yenidən Ukrayna böhranına cəlb edib.

Bu gedişat ABŞ-a Rusiyanın Suriyada əsaslandığı arqumentlərdən Ukraynada yararlanmaq imkanı verir. ABŞ-ın bu çərçivədə yeni strategiyasının işə salınmasına Rusiyanın ilk reaksiyası isə Azov dənizi vasitəsilə Ukraynaya yük daşıyan gəmilərin hərəkətini qadağan etmək və Azov dənizi üzərində hava məkanını bağlamaq oldu.

ABŞ-ın Zaxarçenkonun ölümü və Suriyadakı vəziyyət arasında qurduğu bağlılıq Rusiyanı çətin vəziyyətə sala bilər. Çünki Rusiya Suriya savaşında iştirakını əsaslandırmaq üçün orada döyüşən qruplaşmaları “ölkənin ərazi bütövlüyünü təhdid edən terrorçular” kimi təqdim edirdi. Moskva bu yanaşması ilə ABŞ-ın eyni arqumentlərdən Ukraynada Rusiyanın əleyhinə istifadə etməsinə şərəait yaradıb.

Ukrayna isə Suriyanın İdlib bölgəsində həyata keçirilən əməliyyatdan presedent kimi yararlanaraq, Donbas separatçılarının ölkənin ərazi bütövlüyünə yaratdıqları təhdidi aradan qaldırmaq üçün başqa dövlətlərdən hərbi yardım istəyə bilər.

İstisna edilmir ki, ABŞ sentyabrın ortalarında baş tutacaq BMT sammitində Rusiyaya elə bu “silah”la zərbə endirəcək. Vaşinqtonun əsas arqumenti bu olacaq ki, Ukraynanın şərqində və Krımda yerləşdirilmiş Rusiya hərbçiləri Kiyevin icazəsi olmadan əraziyə yeridiliblər və ölkənin ərazi bütövlüyü üçün təhlükə yaradırlar”.

A.Zeynalov

www.yenicag.az

559
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS