Rusiya Prezidenti Vladimir Putin Fransaya səfəri çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə aşıqlamasında bildirib.
Yuri Uşakovun sözlərinə görə, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiya tərəfi ilə keçirdiyi görüşlər zamanı prezidentlərin noyabrın 11-də Parisdə görüşməsi ilə bağlı ilkin razılaşma əldə edilib.
Həmin gün Parisdə Birinci Dünya müharibəsinin sona çatmasının 100 illiyinə həsr edilən tədbirlər keçiriləcək. Rusiya və ABŞ prezidentləri təntənəli tədbirlərdən sonra görüşəcəklər. Yuri Uşakov qeyd edib ki, bu, normal ikitərəfli, mübahisəli məsələlərin həllinə istiqamətli görüş olacaq. Görüşdə hər iki tərəfdən təmsilçilər də iştirak edəcək.
Həşim Səhrablı
www.yenicag.az