Trampa sui-qəsdlə bağlı Kremlin AÇIQLAMASI

media-hightechnic-468x90

Kreml ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına hücumu pisləyir və hesab edir ki, bu cəhd ABŞ-da hökm sürən siyasi sistemin təsiri nəticəsində mümkün olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

“Biz qətiyyən düşünmürük ki, prezidentliyə namizəd Trampı aradan qaldırmaq cəhdi ABŞ-nin hazırkı hökuməti tərəfindən təşkil edilib. Amma siyasi mübarizə zamanı administrasiyanın yaratdığı ab-hava, namizəd Trampın ətrafındakı ab-hava bu gün Amerikanın üzləşdiyi vəziyyətə səbəb olub. Biz siyasi mübarizə zamanı zorakılığın istənilən təzahürünü qətiyyətlə pisləyirik və zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayırıq”, – deyə Peskov bildirib.

Kreml nümayəndəsi onu da qeyd edib ki, ABŞ-də formalaşmış siyasi sistem dəfələrlə xaricdə zorakılıq və təzyiq təzahürlərinə yol verib və nəticədə bu tendensiya ölkə daxilində də yayılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05