!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampdan “ilahi müdaxilə” – Trüdonun istefası və 51-ci ştat ÇAĞIRIŞLARI

!Reklam – Yazi

“Kanadadakı siyasi böhran partiyalar daxilindəki proseslərə də təsir edir və xüsusilə Trampın Kanadanı ABŞ-ın 51-ci ştatı etməklə bağlı fikirləri də bu kontekstdə rol oynayır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi təhlilçi Kanadanın Baş naziri Castin Trüdonun istefa verməsindən sonra ABŞ-nin 47-ci prezidenti Donald Trampın kanadalılara 51-ci ştat olmaqla bağlı növbəti çağırışları şərh edib.

“Düşünmürəm ki, Trampın belə açıqlamaları və onun qarşılıqlı təzyiqləri nəticəsində belə bir addım atılıb. Bununla belə, Trampın yanaşması, əslində, imperialist bir yanaşmadır. Bu, qonşu ölkənin suverenliyini və təhlükəsizliyini təhdid edir, eyni zamanda, beynəlxalq nizamı da zədələyir. Görünür, Kanadada Baş nazirin idarəetmə dövrü doqquz il ərzində lazımi nəticələri verməyib və əgər Tramp hakimiyyətə gəlirsə, ABŞ-nin təzyiqi qarşısında Kanadanın buna müqavimət göstərməsi çətin ola bilər. Bu, Kanadanın siyasi sferasında müəyyən problemlərin yaranmasına səbəb olacaq. Lakin mənə elə gəlir ki, Kanada nə ABŞ-nin 51-ci ştatı olacaq, nə də onun suverenliyini qəbul edəcək. Kanada müstəqil bir dövlət olaraq qalacaq”.

Analitikin fikrincə, Tramp hakimiyyətə gəldikdən sonra onun müşavirləri və beynəlxalq nizam, xüsusilə Pentaqon və Dövlət Departamenti bu məsələlərdə Trampa təzyiq edəcək:

“Əgər Trampın bu siyasəti davam edərsə, bu, Rusiyanın maraqlarına da xidmət edə bilər. Rusiyanın, xüsusən Ukraynaya qarşı həyata keçirdiyi təzyiqlər nəzərə alındığında, Trampın Kanadaya qarşı belə bir mövqeyi, dünyadakı güc bölgüsünə təsir edə bilər. Bir növ, bu, Putinlə dünyanın bölüşdürülməsi kimi başa düşülə və sanki beynəlxalq siyasətdə yeni ikitirəlik yarada bilər”.

“Kanadada Baş nazirin istefa verməsi mümkün haldır, çünki o, Kanadanın müstəqilliyinin və suverenliyinin qorunmasına daha çox diqqət yetirir. Yeni bir liderin seçilməsi isə Kanada üçün daha müstəqil və suveren bir gələcək üçün zəruri ola bilər. Bu, eyni zamanda, Kanadadakı təzyiqlərə qarşı sığorta rolunu oynaya bilər və yeni liderin Kanadanın müstəqilliyini və suverenliyini daha möhkəm müdafiə etməsinə imkan yaradar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv