Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Trampdan OPEC-ə qiymətlə bağlı ÇAĞIRIŞ

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp OPEC ölkələrinə neft qiymətlərini aşağı salma çağırışı edib.

Yenicag.az xəbər verir ki, bunu dövlət başçısı Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.

“Yanacağın qiymətləri aşağı düşür. Mən OPEC-ə zəng vurub qiymətləri aşağı salmalısınız dedim. İndi də yanacağın qiymətləri azalır”, – deyən ABŞ Prezidenti OPEC və ya üzv dövlətlərindən məhz kiminlə söhbət etdiyini dəqiqləşdirməyib.

Məlumata əsasən, edilən çağırışdan sonra neft qiymətləri 2,1 faiz düşüb.

Xatırladaq ki, bundan əvvəl D.Tramp OPEC-i neft hasilatını artırmağa və qiymətləri bir səviyyədə saxlamamağa dəfələrlə çağırmışdı.

 

Loading...

www.yenicag.az

1399
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100