“Belə görünür ki, Camal Qaşıqçı öldürülüb. Bu işin arxasından Səudiyyə şahzadəsinin ailəsi çıxarsa, nəticəsi ağır olacaq”.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezident Donald Tramp deyib.
“Əgər möcüzə olmazsa Qaşıqçının öldürüldüyünü qəbul edirəm. Bu çox pis xəbərdir. Ancaq gələn xəbərlər bunun doğru olduğunu göstərir,” – Tramp qeyd edib.
Yaranmış situasiyanın pis olduğunu vurğulayan ABŞ prezidenti istintaqın nəticələrini gözlədiyini bildirib.
Qeyd edək ki, C.Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna daxil olub və bir daha görünməyib.
Onun xüsusi sui-qəsdçilər tərəfindən öldürüldüyü ehtimal edilir.
www.yenicag.az