Trampın atəşkəs qərarı komandasını da təəccübləndirdi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp gözlənilmədən İsrail və İran arasında atəşkəs elan etməsi hətta öz administrasiyasının yüksək rütbəli üzvləri üçün də sürpriz olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.

“Açıqlamadan bir neçə saat əvvəl Tramp İsrail Baş naziri Benyamin Netanyahu və İran rəsmiləri ilə danışıqlar aparıb, Qətər əmiri Təmim bin Həməd əs-Sani vasitəçi qismində çıxış edib. Bu, hətta Tramp administrasiyasının bəzi yüksək vəzifəli rəsmilərini də təəccübləndirdi”, – nəşr bildirib.

Mənbənin sözlərinə görə, danışıqlarda ABŞ-ın vitse-prezidenti Ceym Devid Vens, Dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600