!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın bu əməli ABŞ iqtisadiyyatında sabitliyi POZA BİLƏR – DETALLAR

!Reklam – Yazi

“Əgər yeni seçilmiş prezident Donald Tramp öz hədəsini yerinə yetirərək BRICS ölkələrinə 100 faizlik gömrük rüsumları tətbiq edərsə, Amerikan iqtisadiyyatı böyük zərər çəkə bilər”.

Yenicag.az xəbər verir ki, bu barədə misirli iqtisadçı, Asiya Tədqiqatları və Tərcümə Mərkəzinin direktoru Əhməd Mustafa “RİA Novosti”yə açıqlamasında bildirib.

 

“Əvvəlcə Tramp bəyan etmişdi ki, əgər BRICS ölkələri dollar üçün alternativ valyuta yaratmaq planlarından əl çəkməsələr, o zaman onlara gömrük rüsumları tətbiq edəcək. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin bildirib ki, BRICS ölkələrinin vahid valyutası haqqında danışmaq hələ çox erkəndir”, – deyə o, bildirib.

Ə. Mustafanın sözlərinə görə, belə yüksək gömrük rüsumlarının tətbiqi qaçılmaz olaraq ABŞ bazarında xammal və məhsulların bahalaşmasına səbəb olacaq ki, bu da ABŞ iqtisadiyyatının sərmayə cəlbediciliyinə mənfi təsir edəcək.

“Son məhsul qiymətlərinin ikiqat artması onları rəqabət qabiliyyətindən məhrum edəcək ki, bu da investorları bazardan çəkilməyə, istehlakçıları isə Amerika məhsullarından imtina etməyə məcbur edəcək”, – ekspert izah edib.

Mütəxəssis həmçinin vurğulayıb ki, belə tədbirlər struktur itkilərinə səbəb ola bilər və artıq 40 trilyon dolları keçmiş ABŞ dövlət borcunu daha da ağırlaşdıra bilər. Ekspert əlavə edib ki, Çin ABŞ-nin əsas ticarət tərəfdaşı kimi artıq bu cür sanksiyalara qarşı mübarizə aparmaq üçün mexanizmlər hazırlayıb. Mustafa Rusiya və İran arasında milli valyutalarla hesablaşmaların artırılmasını bu sahədə bir nümunə kimi də göstərib.

COP29

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv