Trampın “sülh mükafatı” DİLEMMASI: Ukrayna planı Baydendən nə ilə FƏRQLƏNİR?

media-hightechnic-468x90

“Bəzən Trampın dediklərinin sadəcə təsir üçün söylənildiyini, yoxsa ciddi olduğunu ayırd etmək çətin olur”.

Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib.

media-patrikuolsh1

O, ABŞ Prezidenti Donald Trampın Ukraynaya Rusiyanın dərinliklərini vurmağa icazə verməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Onun sözlərinə görə, Kiyev artıq Rusiyanın dərinliklərindəki enerji obyektlərini hədəfə alır:

“Bunun ABŞ tərəfindən verilmiş ballistik raketlərlə edilib-edilmədiyi aydın deyil. Əgər belədirsə, bu, siyasətdə dəyişiklik deməkdir. Lakin, böyük ehtimalla, söhbət artıq davam edən dron və bomba hücumlarından gedir. Bu, Vaşinqtonun Moskvanı danışıqlar masasına gətirmək üçün nəzərdə tutduğu təhdid xarakterli eskalasiyası ola bilər. Bununla belə, bu addımın Kreml tərəfindən cavab olaraq Ukraynaya qarşı hücumların daha da intensivləşdirilməsi ilə nəticələnməsi ehtimalı böyükdür. Dünənki hücumlar artıq müharibənin indiki mərhələsində ən davamlı hücum dalğası kimi yadda qaldı”.

O, yekunda söyləyib ki, əgər Tramp bu strategiyanı davam etdirərsə, Prezident yalnız mövcud təmas xəttində münaqişəni dondurmaqla kifayətlənəcək:

“Rusiya irəliləyişini dayandırmaq üçün bundan qat-qat artıq addımlar atılmalıdır. Əks halda Tramp da sonda siyasətini açıq şəkildə tənqid etdiyi Baydenlə eyni mövqedə qalacaq. Bu isə ona “sülh mükafatı” gətirməyəcək. Amma raketlərin Kiyevə və Avropaya satışı ABŞ-ın silah sənayesinə milyardlarla dollar qazandırmaqda davam edəcək”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa