!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Trendyol” hədəfdə: Şirkətin çıxarılmasının səbəb olacağı ciddi mənfi nəticələr... - ETİRAZ

!Reklam – Yazi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin nümayəndəsi Cavid Süleymanov “Trendyol”un Azərbaycana, xüsusilə Türkiyə istehsallı məhsulların satışında yerli satıcılara qarşı haqsız rəqabət ehtimalları olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan bazarındakı pərakəndəçi “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir. Ona görə də “Trendyol”a qarşı tədbirlər görülə bilər. “Trendyol”la bağlı bu yanaşma cəmiyyətdə birmənalı qarşılanmayıb və daha çox etiraz doğurub.

Mövzu ilə bağlı iqtisadçı Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, ölkədə antiinhisar tədbirləri effektiv şəkildə reallaşdırılmalıdır, amma bazarda möhkəm mövqe tutmuş şirkətlərin sıxışdırılması bir hədəf kimi götürülməməlidir:

“Əsas hədəf iqtisadi inkişafa yönəlik rəqabət mühitinin formalaşdırılmasından ibarət olmalıdır. Əks halda hansısa şirkətin bazardan çıxarılması və bazarda boşluq yaradılması qiymətlərin artımına təkan verə bilər. Bu, yolverilməzdir. Antiinhisar siyasəti rəqabət mühitinin inkişafı, iqtisadi artımına yol açan yanaşmaların mövcudluğu və qiymətlərin sabitləşməsinə doğru atılan tədbirlərlə həyata keçirilməlidir. Ona görə də hesab edirəm ki, hansısa şirkətə qarşı antiinhisar tədbirləri reallaşdırılmadan öncə bazarda müvafiq rəqabət mühiti yaradılmalıdır. Çünki bazardakı mövcud şirkətin çıxarılması daha ciddi mənfi nəticələrə səbəb ola bilər. Nəticədə bazara yeni inhisarçılar gələ bilər . Bu isə iqtisadi artıma zərər vurmaqla yanaşı, vətəndaşların sosial-iqtisadi vəziyyətini çətinləşdirə bilər”.

Gülşən Şərif

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv