Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Trollar özlərini iki formada göstərir" - Tural İsmayılov

Son dövrlər radikal müxalifət çevrəsində trolluqla bağlı xəbərlər siyasi gündəmdə əsas mahiyyət kəsb etməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu hadisələri şərh edən siyasi şərhçi, STM-in baş məsləhətçisi Tural İsmayılov qeyd edib ki, radikal müxalifətdəki trol şəbəkələri sistematik fəaliyyətin nəticəsidir:

“Radikal müxalifətə bağlı trollar özlərini iki formada göstərir.

Birincisi onlar hakimiyyət və dövlət əleyhinə istənilən sosial media yayımının – həm “Facebook” canlı yayımları və paylaşımlarının, həm də “Youtube” videolarının altında şərh yazmaqla özünü göstərir. Bir adam onlarla saxta hesab yaradaraq hakimiyyət əleyhinə istənilən yayımın altında şərh yazırlar. Burada siyasi ayrı-seçkilik əsla özünü göstərmir. Əli Kərimliylə bağlı yayımdan tutun da, xaricdən idarə olunan hansısa təxribatçı siyasi mühacirin yayımlarına qədər, hər yerdə bu, özünü büruzə verir.

İkinci trolluq fəaliyyəti isə təkcə hakimiyyət və dövlətçilik əleyhinə deyil, hətta müxalifət daxilində belə siyasi qarmaqarışıqlıqlara rəvac verir.”

Ekspert qeyd edir ki, trol fəaliyyəti müxalifəti biabır edir və bu fəaliyyət üç nəticəylə yekunlaşır:
1) Müxalifətin real dəstəkdən məhrum olunmağı faktoloji əsas kimi görünür və siyasi çevrələrinin nə qədər dar olduğu bəlli olur.
2) İstənilən təhrif olunmuş informasiyanı reallıq kimi təqdim etməkləri gerçəklik duyğusundan nə qədər uzaq qaldıqlarını göstərir.
3) Siyasi fəaliyyətin bütün imkanları virtual sərhədlərə sıxışdırılır.

Saxta trolluq fəaliyyəti siyasi mübarizənin əsla elementi ola bilməz.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

479
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM