!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsilin inkişafı üzrə layihə çərçivəsində keçirilən təlimlər başa çatdı

!Reklam – Yazi

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra edilən “Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri” layihəsi çərçivəsində regionlarda təşkil edilən təlimlər 28-29 oktyabr tarixlərində Zaqatala rayonunda keçirilən təlimlə başa çatıb.

Yenicag.az xəbər verir ki, təlimçi Rafat Şirəliyev iştirakçılara innovasiya və startap nədir, onlar arasında əlaqə necə qurulur, innovativ ideyaların formalaşdırılması, innovasiya fəaliyyətinin strategiyası, digital marketinq və bu kimi digər mövzular üzrə ətraflı məlumat verib. Tapşırıqlar əsasında daha faydalı informasiyanın araşdırılmasını aparan gənclər, yeni ideyaların formalaşdırılması və ideyanın marketinq planının qurulması üzrə qrup işi icra ediblər. İştirakçılar, həmçinin komandalara bölünərək hazırladıqları layihə təkliflərinin təqdimatını keçirib, təqdim edilən layihələrin müzakirəsini aparıblar. Təlimçi tərəfindən mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri” layihəsi innovasiya və dördüncü sənaye inqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi, bu istiqamətdə baş verən proseslər və icra olunan fəaliyyətlərlə bağlı region gəncləri arasında məlumatlılığın artırılması məqsədilə icra edilir. Zaqatala ilə yanaşı, Lənkəran rayonu və Gəncə şəhərində də təşkil edilən təlimlərdən, ümumilikdə 100-dən çox gənc yararlanıb və bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Layihə növbəti mərhələdə innovativ tədqiqatların təşviqinə yönləmiş mövzuları əhatə edən onlayn təlimlərlə davam etdiriləcək.

 

COP29

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv