Tuba Büyüküstün qaçqınlara baş çəkib-Foto
BMT Uşaq Fondu UNİCEF-in xoşməramlı səfiri Tuba Büyüküstün suriyalı qaçqınlara baş çəkib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, aktrisa İordaniyaya gedib. O, qaçqınların məskunlaşdığı çadır şəhərciyində olub. Xanım səfir müharibələrdə heç bir günahı olmayan uşaqların hamıdan çox əziyyət çəkdiyini, din, dil, irq fərqi qoyulmadan hamısının müdafiəyə ehtiyacı olduğunu bildirib. Tuba Büyüküstün tezliklə Suriyada sülhün bərpa olunmasını, evini tərk etmək məcburiyyətində qalan qadın və uşaqların tezliklə isti yuvalarına qayıtmalarını arzuladığını deyib. Aktrisa sabah Türkiyəyə qayıdacaq.
Qeyd edək ki, Türkiyənin tanınmış aktrisası Tuba Büyüküstün ərəb ölkələrində keçirilən sorğu nəticəsində ən çox bəyənilən aktrisa seçilib.