Tunisdə parlament seçkiləri - Səsvermə başa çatdı - YENİLƏNİB

media-hightechnic-468x90

Tunisdə parlament seçkilərində səsvermə başa çatıb.

Yenicag.az xəbər verir ki, səsvermələr yerli vaxtla saat 08:00-da başlayıb və saat 18:00-da yekunlaşıb.

Bir sıra ərazilərdə səsvermə məntəqələrinin işi təhlükəsizlik qaydalarına görə azaldılıb. Səsvermələr 33 dairədə keçirilib.

Xalq Nümayəndələri Məclisində 217 deputat mandatına 15,3 mindən çox namizəd irəli sürülüb./Report/

***15:41

Bu gün Tunisdə parlament seçkilərində səsvermə başlayıb.

Yenicag.az-ın məlumatına görə, ümumilikdə 7 milyondan çox Tunis vətəndaşı dövlət başçısı postuna namizədlərə səs verə biləcək. Tunisin əhalisi 11 milyon nəfər təşkil edir.

Ölkənin əksər bölgələrində seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb və saat 18:00-da bağlanacaq.

Seçkilər 33 seçki dairəsində keçiriləcək, onlardan 27-i ölkə ərazisində yerləşir.

217 yerlik Xalq Nümayəndələri Assambleyasında deputat vəzifələrinə 15,3 mindən çox namizəd var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600