“Biz valideynlər uşaqlarımızın kiçik və böyük əməyini, nailiyyətini necə ölçürük? Öz marağımızla, “mən deyən olmalıdır” yanaşması ilə? Yoxsa onun seçiminə göstərdiyimiz anlayışla? Nə qədər gec deyil, düşünək, uşağımızı xoşbəxt görmək istəyirikmi və bu yolda ona ciddi dəstək vermək istəyirikmi?”
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva son günlər baş verən uşaq intiharlarına münasibət bildirərkən deyib.
Sənətçi test imtahanlarından az bal yığdığı üçün valideynlərinin qəzəbinə tuş gələn uşaqlardan danışıb və onların ata-analara səslənərək qınayıb:
“Tes imtahanında fəlakətlər baş verir, sən niyə 400-500 bal yığmadın deyə. Bu uşağın canından əl çəkin. Heç soruşursunuzmu ki, ay uşaq, özünü necə hiss edirsən? Bəli, işləməlidir, çalışmalıdır, təhsil dalınca getməlidir. Amma bu uşaq az bal toplayıbsa, valideynin gözlədiyini verməyibsə, bu gedib özünü asmalıdır? Bu, faciədir. Biz dayanmalıyıq, uşaqların üstünə getməməliyik”.
Cəvahir
www.yenicag.az