Turistləri aparan avtobus “TIR”la toqquşdu – Yaralılar var – VİDEO

Türkiyənin Antalya vilayətində rusiyalı turistləri aparan avtobus “TIR”la toqquşub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 11-i turist olmaqla, 13 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Avtobusda Rusiyadan 26 turistin olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.