Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türk aktyor saqqalını 10 minə satır - FOTOLAR

Türkiyəli aktyor Abdullah Özkaya 2010-cu ildən bəri kəsmədiyi və 42 santimetrə qədər uzanan saqqalını 10 min lirəyə satmaq istəyir.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Malatya və İstanbulda teatrda oynayan və filmlərdə rol alan aktyor hərbi xidmətə çağırıldığı üçün bu addımı atır. O, əldə etdiyi gəlirin bir hissəsi ilə hərbi xidmət xərclərini qarşılamağı, bir hissəsini isə toy etməyə hazırlaşan həmkarına verməyi düşünür. Özkaya saqqalını alana 60 santimetr uzunluğunda olan saçlarını da hədiyyə edəcəyini deyib.

Qeyd edək ki, aktyor 4 ay ərzində alıcı tapa bilməsə, saç və saqqalını Talessemiyalı Uşaqlar Sağlamlıq və Tədris Vəqfinə bağışlayacaq.

www.yenicag.az

1188
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100