Türk millət vəkilindən Sarkisyana dəvət
Erməni “soyqırım”ının 100 illiyini qeyd etmək üçün Türkiyənin Cümhuriyyət Xalq Partiyası fəaliyyətə başlayıb.
CHP gələn ilin aprel ayında tarixçilərdən ibarət bir konfrans təşkil edərək, 1915-ci il hadisələrini müzakirə edəcək.
CHP millət vəkili Mustafa Balbay bu barədə deyib: “Dünyada erməni iddialarını haqlı sayan 40 min kitab var. Türklərin iddialarına haqq verən kitabların sayı isə 60 mindir”.
İzmir millət vəkili Balbay Ermənistan prezidenti Serj Sarkisyanı da ölkəsinə dəvət etməyi unutmayıb: “Ermənilərə səslənirik. Biz CHP olaraq məsələyə baxışımız bu cürdür – demirik. Tarixçiləri də çağıraq. Onlar da danışsın. Gəlib baxsınlar. Hətta Ermənistan prezidenti də gəlsin”.
(topnews.az)