Türk politoloq: "Ərdoğanı ABŞ səfərindən çəkindirmək istəyirdilər"

media-hightechnic-468x90

Beynəlxalq sahədə Türkiyənin tanınmış politoloqu, Mədəniyyət Universitetinin beynəlxalq əlaqələr tədris kafedrasının üzvü, professor dr. Mənsur Akgün, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfərini Yeniçağ.Az-a şərh edib.

“ABŞ prezidentinin yaşadığı bu qədər sıxıntılı dövrdə prezident Ərdoğan təkbətək görüşü çox pozitiv bir hadisədir. Rəsmi səfərdən əvvəl Ərdoğanın Vaşinqtona getməməyini təlqin edənlər vardı, halbuki cənab Prezident kənarda nə söyləyirdisə, görüşdə də onları dedi. 15 iyul çevriliş cəhdindən sonra iki ölkə arasındakı bir sıra sahələrdə yaranmış soyuqluğu aradan qaldırmaq baxımından Tramp-Ərdoğan görüşü çox əhəmiyyətli bir hadisə oldu. Uzun müddətdən bəri müttəfiq olan iki ölkənin problemlərini danışaraq, müzakirə edərək həll etmək istəyinin və iradəsinin şahidi olduq. Görüşün ən vacib məqamlarından biri də bu idi. Bu baxımdan görüşü “tarixi dönüş nöqtəsi” olaraq dəyərləndirən Tramp və Ərdoğana haqq vermək lazımdır”.

Yeniçağ.Az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600