Türkiyənin 22 iyul 2015-ci ildə başlayan PKK əməliyyatı ilə bağlı statistik məlumatlar açıqlanıb. Yenicag.az xəbər verir ki, PKK və gənclik qolu olan YDG-H-yə qarşı keçirilən əməliyyatlarda 10326 nəfər həbs edilib və bunlardan 3387 nəfəri hazırda həbsxanadadır.
4432 terrorçu isə gəbərdildi. Gəbərdilən terrorçuların 4185 nəfəri PKK, 29-u PYD, 213 nəfəri isə İŞİD üzvüdür.
Terrorla mübarizədə 7 iyul 2015-ci il-27 mart 2016-cı illər ərzində 277 əsgər və polis şəhid oldu.
Terrorçular tərəfindən öldürülən mülki vətəndaşların sayı isə 285 nəfərdir. Terrora qurban gedən mülki vətəndaşların 11-i uşaq, 17-i isə xarici vətəndaşdır.
Yenicag.az
www.yenicag.az