!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ABŞ ilə Rusiyadan gizli S-400 danışıqları aparır? - Rəsmi Kremldan açıqlama

!Reklam – Yazi

Keçən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, danışığın gedişində Ərdoğan ABŞ-lı həmkarına S-400 məsələsi ilə bağlı birgə çalışmaq üçün ortaq qrup yaradılmasını təklif edib.

Bu dünya mediasının gündəminə çevrilmiş və bəzi mənbələr sözügedən məsələni Türkiyənin Rusiyadan gizli S-400 danışıqları aparması kimi qiymətləndirmişdi.

Bu gün rəsmi Kreml məsələyə aydınlıq gətirib. Kreml sözcüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada bunun Türkiyənin şəxsi işi olduğunu qeyd edib:

“Ankaranın bizə məlumat verməsi önəmli deyil. İki ölkə arasındakı danışıqların predmeti bizim məsələmiz deyil. Biz sadəcə türkiyəli ortaqlarımızla reallaşmaqda olan S-400 sistemlərinin quraşdırılması üzərində ciddi səylə işləyirik. Türkiyə öz planlarını ikinci və üçüncü ölkələrlə istədiyi zaman bölüşə bilər”.

Həşim Səhrablı 

www.yenicag.az

2533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv