Türkiyə Avropa Liqası və Konfrans Liqasının final oyunlarına ev sahibliyi edəcək

media-hightechnic-468x90

Türkiyə UEFA Avropa Liqası və Konfrans Liqasının final oyunlarına ev sahibliyi edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcı məlumat verib. O bildirib ki, 2026-cı ildə Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının həlledici görüşləri İstanbul şəhərində keçiriləcək.

Artıq Avropa Liqasının final qarşılaşmasının baş tutacağı arena bəlli olub. Bu, ”Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Tüpraş” stadionu olacaq. Konfrans Liqasının həlledici matçının reallaşacağı stadion isə daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, ötən il İstanbul şəhərində yerləşən “Atatürk” Olimpiya Stadionu Çempionlar Liqasında İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında baş tutmuş final görüşünü qəbul edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa