Türkiyə, Azərbaycan və Türkmənistan üçtərəfli görüş keçirəcək

media-hightechnic-468x90

09f2b0664edc41239f240f174bece810Bu il Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Yenicag.az apa-ya istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedovla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ötən il Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli format təşkil olunub: “Nazirlər görüşərək bir sıra məsələləri, o cümlədən əməkdaşlıq layihələrini müzakirə edirlər. Bu mexanizmi liderlər səviyyəsinə çıxarmaq qərarına gəlmişik və bu il Türkmənistanda ilk toplantımızı keçirəcəyik”.

R. T. Ərdoğan üç ölkə arasında nəqliyyat və enerji sahəsində əməkdaşlıq əlaqələrinin qurulduğunu söyləyib: “Orta Asiyanın Xəzər dənizi vasitəsilə dünya bazarına çıxması baxımından Türkmənistan vacib mövqeyə malikdir. Görüşümüzdə Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa bazarına daşınması barədə fikir mübadiləsi apardıq. Bu sahədə başda Azərbaycan olmaqla, digər bölgə ölkələri ilə dialoq və əməkdaşlıq qururuq”.

Xatırladaq ki, Türkmənistanın prezidenti Qurbanqulu Berdimuhammedov Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkə arasında bır sıra sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600