!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə bu məsələdə Azərbaycanın yanında olacaq”

!Reklam – Yazi

c0249e8f84da7f7e34599fdb67ead9a5“Rusiya sovet təbliğat maşınını yenidən çalışdırmağa başlayıb”

“Dağlıq Qarabağ başda olmaqla, Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı mövqeyimiz açıq və konkretdir. Azərbaycanın bütün torpaqları azad olunana qədər Türkiyə bu məsələdə Azərbaycanın yanında olacaq”.

Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfərə yola düşərkən jurnalistlərə açıqlamasında deyib.

Rusiya rəhbərliyinin Türkiyəni İŞİD-lə neft alverində ittiham etməsinə dair sualı cavablandıran Ə. Davudoğlu bunun sovet təbliğatını xatırlatdığını söyləyib: “Son bir həftə ərzində Rusiya mediasında yayılan məlumatlar və Rusiya rəhbərliyi tərəfindən verilən açıqlamalar mənə gəncliyimi xatırladır. Sovet təbliğat maşını vardı. Bunlar “Pravda” yalanları kimi qiymətləndirilirdi. Rusiyanın sovet davranış tərzini unutduğunu düşünürdük, amma bunlar bir-bir yenidən ortaya çıxır. Ekspansiya siyasəti nəticəsində qonşularla problemlər yaşayırlar və bunları örtmək üçün təbliğat maşınından istifadə edirlər. Bu yalanlara kimsə etibar etməz. Türkiyə-Suriya sərhədi bütün dünyanın izlədiyi bir zonadır, burada olan hər hansı hərəkəti bütün dünya ölkələri görür. Türkiyə belə bir şey etməz, etik olaraq da, real olaraq da mümkün deyil. Bu gün Suriya rejiminə dəstək verənlər əslində İŞİD-ə dəstək verirlər. İŞİD-i ortaya çıxaran , bəsləyən əsas faktor Suriya rejimidir”(APA)

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv