Türkiyə daha iki şəhid verdi

Türkiyədə daha iki hərbçi şəhid olub.

Yenicag.az xəbər verir ki, Şimali İraqdan PKK terrorçuları tərəfindən Hakkarinin Şemdinli bölgəsinə hücum olub. Nəticədə 2 əsgər şəhid olub, 2-si isə yaralanıb.

Bölgədə terrorçulara qarşı əməliyyatın davam etdiyi bildirilir.