Türkiyə həmsədr ölkə ola bilər

media-hightechnic-468x90

AK PARTI'NIN AMBLEMITürkiyə Böyük Millət Məclisinin deputatı Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri sırasına qəbul edilməsini zəruri sayır.

Yenicag.az trend-ə istinadən bildirir ki, parlamentin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Mustafa Kabakçı açıqlamasında bildirib ki, Türkiyə kimi bir dövlətin Minsk qrupunun həmsədrliyinə gətirilməsi Dağlıq Qarabağ probleminin həllində müsbət addım ola bilər və bölgədəki münaqişənin həlli üçün əhəmiyyət kəsb edəcək.

Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması üçün çalışan dövlətdir: “Bu baxımdan Dağlıq Qarabağ probleminin həllində yaxından iştirak edə bilər”.

Qeyd edək ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev mediaya ATƏT PA-nın gələn ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600