Türkiyə  həyatında yeni dönəm – Azərbaycanlıların gözü ilə…

media-hightechnic-468x90

artvin-ak-parti-chp-mhp-hdp-milletvekili-aday-listesi-201562871568fb204100d2f9Qabil Hüseynli: “Hər halda siyasi liderlərin düzgün yol tapacaqlarını güman edirəm”

Elşən Manafov: “CHP, MHP və HDP öz aralarında koalisiya məsələsində razılığa gələ bilsələr…”

Sabir Rüstəmxanlı: “Bu seçkilər Türkiyədə qarşıdurmaların getdikcə siyasi müstəviyə keçdiyini, dövlətə təzyiqin PKK səviyyəsindən, dağlardan, tədricən Məclisə doğru irəlilədiyini göstərir”

 

Türkiyədə parlament seçkiləri başa çatdı. Onun nəticələrinə görə, hakim siyasi qüvvə olan AKP  səslərin 41 faizinə sahin ola bilib. Müxalifətdə olan CHP 25, MHP isə 17 faizə yaxın səs toplayıb. Əsasın kürdlərdən ibarət olan HDP isə 11 faiz səs alıb.

Qardaş ölkədə keçirilən seçkilərin nəticəsini dəyərləndirmək ücün ekspert və siyasilərə müraciət etdik.

qabil_huseynli1387281721Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli koalisiyon hökumətin yarana biləcəyi ehtimalının böyük olduğunu söylədi: “Bu seçkilərlə AKP-nin 13 illik təkbaşına hakimiyyətinə son qoyuldu. Amma eyni zamanda, Türkiyəni yenidən koalisiyalı hakimiyyət dövrünə qaytardı. Həmin koalisiyanı qurmaq da o qədər asan olmayacaq. Lakin hər halda siyasi liderlərin düzgün yol tapacaqlarını güman edirəm. Yəqin ki, onlar seçkilərdən sonra yaranan nəticəni düzgün qiymətləndirərək, kompromislər yolu ilə ortaq hökumət quracaqlar. Bunu Türkiyənin maraqları tələb edir. Bu baş verməsə ölkə yeni seçkilərə getməli olacaq”.

elsen manafovPolitoloq Elşən Manafov hakim partiyanın əvvəlki seçkilərlə müqayisədə müəyyən səs itirməsini Qərbin son illər Türkiyəyə qarşı apardığı siyasətində axtarmağı lazım bildi: “Türkiyədəki seçkilər göstərdi ki,  hakim partiyanın 11 illik təkbaşına hakimiyyətinə son qoyulur. Bu illər ərzində, Ərdoğan, ardınca da Davudoğlu hökuməti koalisiya olmadan idarə ediblər. Ərdoğan və Davudoğlunun seçkilərdən sonra verdiyi açıqlamalara diqqət yetirsək məlum olur ki, AKP iqtidarının seçkilərdə müəyyən qədər geriyə addım atması ilk növbədə ABŞ başda olmaqla Qərbin həmin hökumətin regional siyasətilə bağlı narazılığından irəli gəlib. Yəni Türkiyə müxalifətinin gücləndirilməsi üçün Qərb əlindən gələni etdi. Digər tərəfdən, Türkiyənin ənənəvi müxalif partiyaları, yəni CHP ilə MHP əvvəlki illərdə əldə etdiyi uğurları təkrar etdilər. Sadəcə olaraq, burada gözlənilməz addım PKK ilə bağlı olan HDP-nin seçicilərin 12 faiz səsini əldə etməsi oldu. Bu da ekspertlərin böyük əksəriyyəti tərəfindən proqnozlaşdırılmayan addım idi. Bu partiyanın uğurunu nəzərə alsaq, belə çıxır ki, CHP, MHP və HDP öz aralarında koalisiya məsələsində razılığa gələ bilsələr, Davudoğlu hökuməti istefaya getməli olacaq. Amma digər bir amil də var. Davudoğlu özü kürdlərlə danışıqlara gedib, koalisiyon hökumətin qurulmasına onları dəvət edə bilər. Davudoğlu bəyan etdi ki, bütün hallarda  seçkilər Türkiyə millətinin iradəsidir. Hər halda nəzərə almaq lazımdır ki, Ərdoğana müxalif partiyaların öz aralarında belə kifayət qədər ciddi problemlər yaşanır. Bu məqamdan çıxış edərək güman etmirəm ki, CHP, MHP-nin  kürdlərlə birgə koalisiyon hökuməti təşkil olunsun. Seçkilərin nəticələri habelə Türkiyənin hakim partiyanın istədiyi kimi prezident üsul-idarəsinə keçməsi məsələsini reallaşdıra bilməyəcək”.

sabir_rustemxanli_17dsderft8gh3Millət vəkili Sabir Rüstəmxanlı isə Yenicag.az-a açıqlamasında qeyd etdi ki, bu seçkilərlə Türkiyə  yeni dövrə qədəm qoyur: “Türkiyə demokratik ölkədir. Son seçkilər də bir daha bunu təsdiqlədi. Seçkilər onu göstərdi ki, heç bir siyasi partiya Türkiyəni əsası Atatürk tərəfindən qoyulan demokratik üsul-idarədən sapdıra bilməz. Türkiyədə xalqın bəyənmədiyi heç bir güc hakimiyyətə gələ bilməz. AKP seçkilərdə xeyli səs itirdi və onun hazırda təkbaşına hökuməti formalaşdırmaq imkanı yoxdur. Bunun qarşılığında MHP-nin səsi bir neçə fazi artıb, CHP əvvəlki mövqeyini qoruyub. Kürdlər başda olmaqla, digər etnik qrupları təmsil edən HDP də parlamentdə 80 yerə sahib ola biliblər. Bu seçkilər Türkiyədə qarşıdurmaların getdikcə siyasi müstəviyə keçdiyini,  dövlətə təzyiqin PKK səviyyəsindən, dağlardan, tədricən Məclisə doğru irəlilədiyini göstərir. Bunun da nəticələrinin necə olacağınnı zaman göstərər. Hər halda Türkiyənin həyatında yeni dönəm başlayır. Hansı ki, bu dönəm müəyyən sıxıntılarla yanaşı, qardaş ölkənin cümhuriyyət ənənəsinə sadiq dövlət olaraq irəliləyəcəyinə ümid yaradır”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600