Reklam: High Technic
hightechnic

Türkiyə-İran sərhədində partlayış - 5 hərbçi yaralandı - VİDEO

Türkiyə-İran sərhədində partlayış törədilib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında İqdırın Aralıq mahalında Ağrı dağının ətəklərində baş verib. Belə ki, hərbçilər avtomobillə iki ölkə arasındakı sərhəd divarı xəttində yoxlama apararkən kustar üsulla düzəldilmiş partladıcı qurğu işə düşüb. Nəticədə Türkiyənin 5 hərbçisi yaralanıb.

Yaralılar dərhal dövlət xəstəxanasına çatdırılıb. Burada onlara ilkin tibbi yardım göstərildikdən sonra yaralılar İqdıra göndərilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilib.

www.yenicag.az

1075