İraq Prezidenti Berhem Salih Türkiyədə rəsmi səfərdədir.
Yenicag.az xəbər verir ki, Ankarada aparılan müzakirələrdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraq Prezidenti Berhem Salih birgə mətbuat konfransı keçiriblər.
İki qonşu dövlət arasında səmərəli əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdıran dövlət başçıları danışıqların tərəflər üçün əhəmiyyətli olduğunu vurğulayıblar.
2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 16 milyard ABŞ dolları məbləğində olduğunu bildirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu göstəricinin 20 milyarda yüksəldilməsi hədəflənir.
İŞİD, PKK və FETÖ terror təşkilatlarının hər iki ölkə üçün təhdid mənbəyi olduğunu qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, ərazi bütövlüyünün qorunması Türkiyənin İraq siyasətinin təməlini təşkil edir.
Rəsmi Ankara ilə əməkdaşlığın İraq üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Prezident Berhem Salih əminliklə bildirib ki, terrordan viran qalan bölgələrin bərpasında Türkiyə tərəfi köməkliyini əsirgəməyəcək./AZƏRTAC/
www.yenicag.az