Türkiyə millisi Rumıniya yığmasına qarşı

media-hightechnic-468x90

Bu gün futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start veriləcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bu cütün qalibi finalda Slovakiya – Kosovo duelinin güclüsü ilə üz-üzə gələcək.

Avropa zonası üzrə pley-off oyunlarından sonra ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək. Həlledici oyunlar martın 31-də təşkil olunacaq.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

A yolu

23:45. İtaliya – Şimali İrlandiya

23.45. Uels – Bosniya və Herseqovina

B yolu

23:45. Ukrayna – İsveç

24:45. Polşa – Albaniya

C yolu

21:00. Türkiyə – Rumıniya

23:45. Slovakiya – Kosovo

D yolu

23:45. Danimarka – Şimali Makedoniya

23:45. Çexiya – İrlandiya

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05