Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub

media-hightechnic-468x90

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

media-banner_tkm

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, səfər çərçivəsində türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olub, bir sıra tarixi abidələri ziyarət ediblər. Nümayəndə heyətinə Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər.

N hərbi hissəsini ziyarət edən türkiyə nümayəndə heyəti burada yaradılan şərait ilə tanış olub. Qonaqlara torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən bölmələrin döyüş yolu haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Türkiyə MMU-nun nümayəndə heyəti səfər proqramına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunu ziyarət edəcəklər.
media-69e9d6c56c28569e9d6c56c286177693254969e9d6c56c28269e9d6c56c284 media-69e9d6c56574669e9d6c565747177693254969e9d6c56574369e9d6c565745 media-69e9d6c55b89d69e9d6c55b89e177693254969e9d6c55b89b69e9d6c55b89c media-69e9d6c5535bf69e9d6c5535c0177693254969e9d6c5535bd69e9d6c5535be

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05