Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə “Pravoslav savaşı”nda kimi dəstəkləyəcək? - Salih Yılmazın şərhi  

“İstanbuldakı Pravoslav Patriarxlığının tabelik məsələsinə dair qərarı Türkiyə verəcək”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verilməsindən sonra İstanbul Patriarxlığı ilə Rus Pravoslav Kilsəsi arasında yaranmış qarşıdurmada Türkiyənin tutacağı mövqeni dəyərləndirən politoloq Salih Yılmaz deyib.

Salih Yılmazın sözlərinə görə, İstanbul Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verməsindən sonra Vatikan və Rus Pravoslav Kilsəsi arasında tarixi qarşıdurma yenidən vüsət alıb:
“Tarixin müxtəlif dönəmlərində İstanbul (Fənər) Patriarxlığı ilə Vatikan arasında kəskin mübahisələr yaranıb. Bununla belə, Rus Pravoslav Kilsəsinin Fələstində möhkəmlənməsindən və Balkanlarda öz təsirini gücləndirməsindən sonra Vatikan İstanbul Patriarxlığına dəstək verməyə başlayıb.

Lakin katoliklərin 1204-cü ildə İstanbulu viran etmələri və Fənər Kilsəsini yağmalamaları Vatikan və İstanbul Patriarxlığı arasında uzun müddət ara verməyən qanlı qarşıdurmalara səbəb oldu. Hətta pravoslavlar əsrlər boyu özlərinin bazar günü ibadətlərində həmin qanlı hadisələri xatırlayıblar.

Roma Papası II İoann Pavelin 2004-cü ildə 8 əsr əvvəlki talanlara görə pravoslavlardan rəsmən üzr istəməsi ilə qarşıdurmaya son qoyuldu. Hətta Vatikan İstanbul Patriarxlığını pravoslavların əsas mərkəzi kimi qəbul edərək, Rus Pravoslav Kilsəsinin Fənərə birləşdirilməsinin vacibliyini bildirirdi.

Son proseslərdə isə Vatikan İstanbul Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verilməsi haqda qərarını dəstəklədi. Bu da səbəbsiz deyil. Çünki Vatikan, üzvlərinin sayına görə İstanbul Patriarxlığını dəfələrlə üstələyən Rus Pravoslav Kilsəsini əsas rəqib qismində görür.

SSRİ-nin süqutundan sonra Rus Pravoslav Kilsəsi ilə İstanbul Patriarxlığı arasında əldə olunmuş razılaşmaya əsasən, Türkiyədəki rus kilsələri Fənərə tabe idilər.

Hazırda Türkiyədə fəaliyyət göstərən rus kilsələri İstanbul və Alanyada yerləşir. Ancaq indi Rus Pravoslav Kilsəsi ilə İstanbul Patriarxlığı arasında münasibətlər kəsildiyi üçün – Rus Pravoslav Kilsəsi öz üzvlərinə İstanbul Patriarxlığının kilsələrində ibadət etməyi yasaqlayıb – ruslar Türkiyədə Moskvaya tabe olacaq Yeparxiya yaratmalıdırlar.

O baxımdan, İstanbul və Alanyadakı rus kilsələrinin Moskvaya, yoxsa Fənərə tabelik məsələsinə dair hansı qərarın veriləcəyi birbaşa Türkiyədən asılıdır. Eyni zamanda, Türkiyənin əvvəllər də olduğu kimi, xristian aləmində baş verən mübahisələrə qarışmamaq yolunu tutması istisna edilmir”.

A.Zeynalov

www.yenicag.az

9447
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100