Türkiyə Qara dənizdə qaz yatağı kəşf edib

media-hightechnic-468x90

Türkiyə Qara dənizdə təbii qaz yatağı kəşf edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Tuna 1” yatağının ehtiyatlar 800 mlrd. kubmetr həcmində qiymətləndirilir. Bu, Türkiyənin təxminən 20 il qaz ehtiyacını ödəyəcək.

Qeyd edək ki, cari ilin iyulun sonundan etibarən “Fatih” qazma gəmisi Türkiyənin Qara dəniz sahillərindən şimalda yerləşən “Tuna 1” kəşfiyyat zonasında işləyir.

Qaz hasilatının başlanması 7-10 il çəkə bilər ki, bunun üçün təxminən 2-3 mlrd. ABŞ dolları həcmində investisiya lazım olacaq.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa