Türkiyə şəhid verdi

Türkiyənin Hakkari bölgəsində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında silahlı qarşıdurma olub.

Yenicag.az xəbər verir ki, seperatçı terror təşkilatına qarşı aparılan əməliyyat zamanı 4 əsgər yaralanıb, bir əsgər isə şəhid olub. Yaralı əsgərlər təcili şəkildə xəstəxanalara çatdırılıb.

Qaçan terrorçuları zərərsizləşdirmək üçün həyata keçirilən hava əməliyyatı hələ də davam edir.